Müdafiə Nazirliyi məlumat verir ki, çərşənbə günü Ermənistan silahlı qüvvələri sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
“Noyabrın 30-u saat 19:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub”, - nazirliyin məlumatında qeyd olunur.
MN-dən bildirilir ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən “adekvat cavab tədbirləri görülüb”. **
R.Kərimov