Azərbaycanda koronavirus infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 337-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 43 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı təxminən 14% artıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 980 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 103 nəfər (sutka ərzində +50) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 254 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 784 (ötən gün 2 min 235 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 375 min 442 test aparılıb.**
R.Kərimov