Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gündəlikdə duran məsələləri və gələcək addımları müzakirə edib.
“Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik”, - Bayramov Twitter hesabında yazıb.
Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb. İclas 1-2 dekabr tarixlərində Polşanın Lodz şəhərində keçiriləcək. **
R.Kərimov