Fransa Milli Assambleyası yekdilliklə anti-Azərbaycan qətnaməsini qəbul edib
Fransa parlamentinin aşağı palatasının saytında dərc olunan sənədə əsasən, qətnamə Fransa «hökumətini Ermənistanın suveren ərazisinə hücumlar və işğal davam edəcəyi halda, fiziki şəxslərə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsinin mümkünlüyünü nəzərdən keçirməyə» çağırır.
Tövsiyyə xarakteri daşıyan qətnamədə həmçinin «Fransa tərəfindən Ermənistana, xüsusən də humanitar sahədə yardımın aktivləşdirilməsi, o cümlədən müdafiə qabiliyyətinin gücləndirilməsi imkanlarının öyrənilməsi» çağırışı öz əksini tapıb. **