Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir. Bunu Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
“Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib”, - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Fransa hökumətinin mövqeyi hamıya məlumdur. Xüsusilə xarici işlər naziri Ketrin Kolonna Fransanın sülh əldə etmək fürsətindən istifadə etmək üçün tərəfləri (Ermənistan və Azərbaycanı – İF) danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcəyini bəyan edib.
Qeyd edək ki, Fransa Senatı və Milli Assambleyası Azərbaycana qarşı qətnamələr qəbul edib. Qətnamələrdə, həmçinin Ermənistana hərtərəfli dəstək göstərilməsi də nəzərdə tutulur.*
R.Əhmədov