Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin prezidenti Zoran Milanoviçə təqdim edib.
“Bu gün (çərşənbə günü – İF-Az) etimadnaməmi Xorvatiya prezidenti Zoran Milanoviçə təqdim etmək şərəfinə nail oldum. Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün xorvat dostlarımızla sıx əməkdaşlığa ümid edirəm”, - deyə səfir “Twitter” hesabında yazıb.
Prezident İlham Əliyev 2022-ci il oktyabrın 18-də Anar İmanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.*
R.Kərimov