Azərbaycan vətəndaşlarının 48%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdir. Bu göstərici “Aİ-nin Şərq Qonşuları” (EU NEIGHBOURS east) layihəsinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu, belə sorğuların keçirilməyə başladığı 2016-cı ildən bəri ən yüksək göstəricidir.
Aİ-yə münasibət ötən illə müqayisədə kəskin şəkildə yaxşılaşıb. Ötən il bu göstərici 28% təşkil edib.
Respondentlərin 14%-i Aİ-yə neytral (2021-ci ildə 38%), 7%-i mənfi münasibət (2021-ci ildə 8%) göstərir, 8%-i cavab verməkdə çətinlik çəkib, 23%-i isə Aİ haqqında heç vaxt eşitməyib.
Respondentlərin 76%-i Azərbaycanın Aİ ilə münasibətlərinin yaxşı, 5%-i pis olması qənaətindədir, 19%-i isə cavab verməkdə çətinlik çəkib.
Sorğuya əsasən, Azərbaycan vətəndaşları Aİ-yə digər beynəlxalq təşkilatlardan daha çox etibar edirlər: respondentlərin 43%-i Aİ-yə etibar edir, 24%-i etibar etmir, 31%-i isə cavab verməkdə çətinlik çəkib.
Məsələn, sorğuda iştirak edənlərin 21%-i (21%, 35% və 44%) BMT-yə, 20%-i (20%, 34%, 46%) NATO-ya, 10%-i (10%, 24%, 66%) Avrasiya İqtisadi İttifaqına, 8%-i (8%, 24%, 68%) KTMT-yə etibar edir.
Azərbaycanda sorğu 2022-ci ilin iyun-iyul aylarında üzbəüz (face-to-face) müsahibə metodu ilə keçirilib.*
R.Kərimov