Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağsuçay və Zəyəmçay su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasına 2,3 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, “GEO-SU GROUP” və “HYDRO-GEO ENVİRONNEMENT GROUP” şirkətləri ilə müvafiq müqavilələr bağlanıb.
“GEO-SU GROUP” MMC ilə Ağsuçay su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 885 min manatdır.
“HYDRO-GEO ENVİRONNEMENT GROUP” MMC ilə Zəyəmçay su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 1 milyon 416 min manatdır.
Hər iki müqavilə üzrə işlərin yerinə yetirilmə müddəti 29 dekabr 2023-cü il tarixinə qədərdir.*
R.Kərimov