Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının genişlənmə üzrə komissarı Olivier Varhelyi ilə görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında nəqliyyat, rəqəmsal transformasiya, o cümlədən İKT və kibertəhlükəsizlik üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
“Ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələrinə və sahə üzrə mütəxəssislərin hazırlanmasına Avropa İttifaqı tərəfindən dəstək göstərilməsi məsələləri müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə