Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Füzuli şəhərində 8,9 hektar torpaq sahəsində daha 6 yaşayış binasının tikintisinə 14,2 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən xəbər verir ki, “El-Seym İnşaat” və “SNT İnşaat Şirkəti” konsorsiumu ilə 14 milyon 209,151 min manat dəyərində müqavilə bağlanıb.
Müqavilə 19, 820, 21, 22, 23 və 24 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini nəzərdə tutur.
Daha əvvəl sözügedən konsorsiumla Füzuli şəhərində 6 yaşayış binasının (№1-6) tikintisi haqqında 14 milyon 436 min 428,72 manat məbləğində müqavilə bağlanmışdı.*
R.Əhmədov