ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker 1-4 dekabr tarixlərində Ermənistana səfər edəcək. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Səfər çərçivəsində səfir Riker Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhün əldə olunmasına yönəlmiş birbaşa danışıqlara ABŞ-ın dəstəyini müzakirə etmək üçün hökumət və ictimaiyyət nümayəndələri ilə görüşəcək”, - deyə məlumatda bildirilir.
Riker bu həftə Azərbaycanda səfərdə olub.*