“MİDA” MMC Şirvan şəhərində yaşayış kompleksinin tikintisi layihəsinin qiymətləndirilməsinə 582 min manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “Kapitel” MMC ilə 582,286 min manat dəyərində müqavilə bağlanıb.
Şərtlərə əsasən, podratçı mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli və yaşayış evləri, sosial obyektlər, ətraf mühitin təsirinin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sisteminin hazırlanması və müəllif nəzarəti işlərini yerinə yetirməlidir.
Yaşayış kompleksinin Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində inşa edilməsi planlaşdırılır.*
B.Rüstəmbəyov