Azərbaycanda koronavirus infeksiyasına 48 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 385-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 49 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 981 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 148 nəfər (sutka ərzində +45) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 256 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 840 (ötən gün 1 min 784 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 377 min 282 test aparılıb.*