Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 2-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7888 manat/1EUR səviyyəsində (dekabrın 1-nə 1.7745 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0274 manat/1RUB səviyyəsində (dekabrın 1-nə 0.0277 manat/1RUB) müəyyən edib.
Dekabrın 2-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0912 manat/1TRY səviyyəsində saxlanılıb.**
X.Nəsirzadə