Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti (“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin strukturu) «Gidromaşservis» QSC ilə Qızılarx kanalının yenidən qurulmasının birinci mərhələsi çərçivəsində müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” www.tender.gov.az portalına istinadən məlumat verir ki, şirkət ilə 17 milyon 817 min 949,32 manat dəyərində müqavilə imzalanıb.
İşlərin icrası müddəti – 31 oktyabr 2023-cü ilədəkdir. **
R.Kərimov