Azərbaycan və Pakistan 2023-cü ilin I rübündə preferensial ticarət haqqında saziş imzalamağa yönəlib. Bu barədə Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının(PAKAZCHAM) prezidenti Xürrəm Cavaid Bhattiməlumat verib.
“Sazişin 2023-cü ilin I rübündə imzalanmasını gözləyirik”, - Bhatti “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, sazişə uyğun olaraq hər tərəfdən təxminən 20 adda malın gömrük rüsumunun sıfırlanması və ya azalması planlaşdırılır.
Bhatti əlavə edib ki, yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsinin 100 milyon dollara çatdırmaq məqsədilə tərəflər iqtisadi qarşılıqlı fəaliyyəti aktivləşdirməyi planlaşdırırlar. “Mənim məqdədim ondan ibarətdir ki, yaxın 3-4 il ərzində ticarətin həcmi $100 milyona çatsın”, - PAKAZCHAM-ın prezidenti bildirib.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi $11 milyon 730,51 min, 2020-ci ildə - 13 milyon 283,11 min, 2019-cu ildə - $14 milyon 792,85 min, 2018-ci ildə - $11 milyon 166,35 min.
Hazırda Azərbaycanın yalnız Türkiyə ilə preferensial ticarət haqqında sazişi qüvvədədir. Həmçinin Pakistan və İranla analoji sazişlərin imzalanmasına dair danışıqlar aparılır. **
R.Kərimov