“Rengli Porselen” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsinin rezidentliyi statusu verilib. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Şirkət çini qabların istehsalını həyata keçirəcək. İnvestisiya həcmi 1,2 milyon manata yaxın olan müəssisədə 28 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - nazirlikdn bildiriblər.
Sabirabad Sənaye Məhəlləsi Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin noyabr ayında imzaladığı sərəncama əsasən yaradılıb. Sənaye Məhəlləsinin ərazisi 20,3 hektar təşkil edir. **
B.Rüstəmbəyov