Azərbaycan Rusiyanın Novosibirsk vilayətindən 67,5 ton həcmində növbəti un partiyasını alacaq.
“İnterfaks-Azərbaycan”ın “Rosselxoznadzor”a istinadən verdiyi məlumata görə, bu həftə Novosibirskdə idarənin mütəxəssisləri əla növ buğda ununun Azərbaycana göndərilməsi üçün sənədlər rəsmiləşdiriblər.
Azərbaycanın taxıl emalı məhsullarına tətbiq etdiyi tələblərə əsasən, məhsullarda həmçinin genetik modifikasiya olunmuş orqanizmlərin olub-olmaması yoxlanılıb.
Rusiyadan gətirilən məhsulların etiketlərinin rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təsdiq etdiyi yeni qaydalarına uyğun olaraq, daha sonra dəmir yolu ilə daşınması məqsədilə un 50 kq-lıq torbalara doldurulub. Etiketlərdə məlumat Azərbaycan və rus dillərində təqdim edilməlidir.
«Bu il Azərbaycan ərazisinə göndərilən əla növ buğda ununun ümumi həcmi 108 ton təşkil edib», - “Rosselxoznadzor”dan vurğulanıb. **
B.Rüstəmbəyov