Sahibkarlığın İnkişafı Fondu (SİF) etiket və qida qablaşdırma məhsullarının istehsalçılarına 2 milyon manata yaxın güzəştli kredit ayırıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“SİF tərəfindən “ATA PACK” MMC-yə etiket və qida qablaşdırma məhsullarının istehsalı üçün 1 milyon 950 min manat güzəştli kredit ayrılıb”, - Cabbarov Facebook səhifəsində yazıb.
Nazir kreditlə bağlı digər təfərrüatlar barədə məlumat verməyib.
2022-ci ildə SİF sahibkarlara 140 milyon manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.**
B.Rüstəmov