Azərbaycanda koronavirus infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 431-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 48 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 983 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 189 nəfər (sutka ərzində +41) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 253 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 566 (ötən gün 1 min 840 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 378 min 848 test aparılıb.**
R.Əhmədov