ABŞ Azərbaycanla Ermənistan arasında ziddiyyətlərin həlli məqsədilə dialoqun davam etdirilməsinə ümid edirlər. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bəyan edib.
«Biz, şübhəsiz ki, ki ölkə (Azərbaycan və Ermənistan - İF-Az) arasında dialoq və konstruktiv mühitin davam edəcəyinə ümid edirik, çünki biz iki ölkə arasında davamlı sülhə və problemlərin həllinə aparan diplomatiyanı dəstəkləməkdə davam edirik», - «İnterfaks-Azərbaycan Praysın brifinqdəki sözlərindən sitat gətirir. **
R.Kərimov