Bakı İran vətəndaşlarının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ regionuna qanunsuz keçidinə dair məlumatla bağlı Tehrana nota verib. Bu barədə şənbə günü Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı səfirliyinə müvafiq nota göndərilib”, - “İnterfaks-Azərbaycan” agentliyi Hacızadənin sözlərindən sitat gətirir.
XİN-in nümayəndəsi əlavə edib ki, Bakı məsələ ilə bağlı İran tərəfindən cavab gözləyir.
Daha əvvəl Azərbaycan mətbuatının yaydığı məlumata görə, 14 nəfər İran İslam Respublikası vətəndaşı qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ regionu ərazisinə daxil olub. Azərbaycan hökuməti həmin şəxsləri anti-Azərbaycan fəaliyyətdə şübhəli bilir. **
R.Kərimov