Azərbaycanda koronavirus infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 452-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 46 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı iki dəfə çox azalıb
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 983 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 211 nəfər (sutka ərzində +22) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 258 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 678 (ötən gün 1 min 556 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 380 min 526 test aparılıb.**
R.Kərimov