Azərbaycanda koronavirus infeksiyasına 47 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 499-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 21 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı iki dəfədən çox artıb
Ardıcıl iki gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 983 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 247 nəfər (sutka ərzində +36) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 269 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 849 (ötən gün 1 min 678 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 382 min 375 test aparılıb.**
R.Kərimov