Azərbaycan şirkətləri 2023-cü ilin 14-15 fevral tarixlərində İsrailin Tel-Əviv şəhərində və 2023-cü ilin 8-11 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək turizm sərgilərində iştirak edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyi turizm sərgilərində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması üçün podratçılar seçir.
Tender təklifləri 5 yanvar 2023-cü il saat 18.00-dək qəbul olunur. Tender təklifləri 6 yanvar saat 12.00-da açılacaq.
Tel-Əviv şəhərində keçiriləcək sərgidə iştirak haqqı 350 manat, İstanbulda keçiriləcək sərgidə iştirak haqqı 250 manatdır.*
B.Rüstəmbəyov