Sumqayıt şəhərində “SOCAR Petroleum” QSC-yə məxsus yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
“SOCAR Petroleum” QSC-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, YDM Sumqayıt şəhəri, Sülh küçəsi və Koroğlu prospektinin kəsişməsində yerləşir.
Yeni açılan YDM ilə birlikdə ölkə ərazisində SOCAR brendli YDM-lərin sayı 44-ə çatdırılıb.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb.
Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft terminal bazasına malikdir.*
N.Abbasova