İtaliya oktyabrda neft idxalını 1,9% - 5,36 milyon tonadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İtaliyanın Ekoloji Keçid Nazirliyinə istinadən xəbər verir.
Əsas tədarükçülər Rusiya (1,1 milyon ton), Liviya (909,9 min ton) və Azərbaycan (782,2 min ton) olub.
Oktyabrda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $93,15 təşkil edib. Ən bahalı neft növü Əlcəzairin “Saharan blend” ($134,01), ən ucuz neft növü isə Liviyanın “Zueitina” nefti ($22,81) olub.
Yanvar-oktyabr aylarında İtaliya 52,2 milyon ton neft idxal edib.*
Xəbərlər şöbəsi