2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 16 milyard 552 milyon 772,27 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 10,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə qaz ixracından $12 milyard 102 milyon 516,1 min məbləğində gəlir (artım 4,1 dəfə) əldə edilib.
2022-ci ilin yanvar-sentyabr aylarında ixracın əsas həcmi - $8 milyard 821 milyon 882,31 min məbləğində 7 milyard 111 milyon 813,5 min kubmetr qaz (bütün ixracın 42,9%-i) İtaliyanın payına düşüb.
DGK tərəfindən ixrac statistikası bəyannamə əsasında aparılır.
2022-ci ilin yanvar-sentyabr aylarında ölkələr üzrə qaz ixracının strukturu aşağıdakı kimidir:
Ölkə |
Həcm, min kubmetr |
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə |
Gəlir, min dollar |
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə |
Türkiyə |
6 173 718,4 |
-21,2% |
1 947 273,57 |
+61,4% |
Gürcüstan |
2 102 348,2 |
-7% |
282 916,06 |
+0,7% |
İtaliya |
7 111 813,5 |
+78% |
8 821 882,31 |
+7dəfə |
Bolqarıstan |
293 361,96 |
+76,6% |
108 483,89 |
+4,3 dəfə |
Yunanıstan |
701 724,27 |
+39,9% |
935 515,09 |
+5,7 dəfə |
İran |
169 805,94 |
0,2% |
6 445,17 |
+0,2% |
CƏMİ |
16 552 772,27 |
+10,9% |
12 102 516,1 |
+ 4,1 dəfə |
N.Abbasova*