Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7830 manat/1EUR səviyyəsində (dekabrın 5-nə 1.7989 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0271 manat/1RUB səviyyəsində (dekabrın 5-nə 0.0275 manat/1RUB) müəyyən edib.
Dekabrın 6-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0912 manat/1TRY səviyyəsində saxlanılıb.*
B.Rüstəmbəyov