Azərbaycan şirkətlərinin nümayəndələri dekabrın 7-dən 11-dək Dağıstanda rəsmi səfərdə olacaq.
“İnterfaks-Azərbaycan” agentliyi Dağıstan İxraca Dəstək Mərkəzinin direktoru Ruslan Abaskuliyevə istinadən xəbər verir ki, nümayəndə heyətinə turizm, elektrotexnika, qida və qida sənayesi, daşınmaz əmlak sektoru, eləcə də tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər daxil olacaq.
Xüsusilə biznes missiyaya “Franki” MMC, “Qlobus LLC”, “Access Travel” MMC, “ART Elektrik”, “Aqro Vest DC” MMC, “KIM Construction” və “Greenstream International” şirkətlərinin nümayəndələri daxildir.
“Azərbaycan şirkətlərinin nümayəndələri əməkdaşlıq əlaqələri qurmaq və ixrac müqavilələri bağlamaq məqsədilə Dağıstanın bir sıra şirkət və müəssisələrini ziyarət edəcəklər”, - deyə R.Abaskuliyev vurğulayıb.*
R.Əhmədov