2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 680 milyon 244,22 min kubmetr qaz idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 50,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan qazın dəyəri $79 milyon 372,04 min (artım 4,6 dəfə) təşkil edib. Söhbət Dövlət Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilmiş həcmlərdən gedir.
Hesabat dövründə Azərbaycana qaz idxalının strukturunda $76 milyon 863,47 min dəyərində 614 milyon 153,03 min kubmetr qaz (90,3%) Türkmənistanın payına düşüb. İrandan isə $2 milyon 508,56 min dəyərində 66 milyon 91,19 min kubmetr qaz idxal olunub.
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana qaz idxalı yalnız İrandan həyata keçirilib.
2021-ci ildə Azərbaycan $19 milyon 385,42 min dəyərində (artım 3,8 dəfə) 510 milyon 564,9 min kubmetr qaz газа (artım 3,8 dəfə) idxal edib. İdxalın bütün həcmi İranın payına düşüb.
Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən 2022-ci ilin yanvar ayında Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqlinə başlanılıb. Saziş Azərbaycana ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının nəql edilməsini nəzərdə tutur.
2022-ci il iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci arasında Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən İran ərazisi ilə Azərbaycana nəql olunan Türkmənistan qazının həcmi iki dəfə artırılacaq.*
N.Abbasova