“Lenovo” şirkətinin Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndəliyi genişləndirilərək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcək. Bunu “Lenovo ISG”nin baş vitse-prezidenti Vilfredo Sotolonqo Bakıda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşündə deyib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, V.Sotolonqo, həmçinin Azərbaycanda birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması təklifini irəli sürüb.*
B.Rüstəmbəyov