7-9 dekabr tarixlərində Bakıda Özbəkistan Kinosu Günləri keçiriləcək.
Özbəkistanın Azərbaycandakı səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, filmlər “Nizami” kinoteatrında nümayiş etdiriləcək.
Dekabrın 7-də “Nizami” kinoteatrında Özbəkistan Kinosu Günlərinin açılışı olacaq. Saat 18:00-da “Əbədi dostluq və qardaşlıq” filmi nümayiş etdiriləcək.
Dekabrın 8-i saat 17:00-da “Maksud Şeyxzoda” filmi, 18:00-da isə “101-ci uçuş” filmi nümayiş etdiriləcək.
Dekabrın 9-u saat 14:00-da “Baron 2” filmi, saat 19:00-da isə “Qadın taleyi” filmi göstəriləcək.
Giriş pulsuzdur.*
Xəbərlər şöbəsi