Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov dekabrın 6-da Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
Dağıstan rəhbəri Administrasiyasının teleqram kanalının yaydığı məlumata görə, görüşdə Dağıstan və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması; “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı; kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı fəaliyyət; investisiya layihələrinin həyata keçirilməsi, mədəniyyət sahəsində əməkdaşlıq, xüsusilə Rəsul Həmzətovun 100 illiyi çərçivəsində layihələr müzakirə olunub.*
R.Əhmədov