Belarus Qoşulmama Hərəkatının (QH) 2023-cü ildə Bakıda keçiriləcək sammitində iştirak etmək üçün dəvət alıb. Bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov “Novoye Vremya” qəzetinə müsahibəsində deyib.
“Belarus Qoşulmama Hərəkatının iştirakçı ölkəsi kimi Azərbaycanın QH-yə sədrliyi çərçivəsində Bakıda keçirdiyi tədbirlərdə iştirak edib. Bunlar Parlament Şəbəkəsinin iclasları və Gənclər Sammitidir. Bildiyimiz kimi, QH dünyada BMT-dən sonra öz sıralarında ən çox dövləti (120) birləşdirən təşkilatdır. Biz Qoşulmama Hərəkatının gələn il Bakıda keçiriləcək sammitinə dəvət almışıq”, - deyə o bildirib.
Qoşulmama Hərəkatının sammiti 2023-cü ilin mart ayında Bakıda keçiriləcək.*
X.Nəsirzadə