Azərbaycanda koronavirus infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 574-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 13 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 984 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 298 nəfər (sutka ərzində +37) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 292 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 662 (ötən gün 878 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 385 min 915 test aparılıb.*
N.Abbasova