ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2022-2023-cü illərdə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozları sabit saxlayıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.
İdarənin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,67 milyon barel (noyabr proqnozu - 0,67 milyon barel) səviyyəsində proqnozlaşdırılır. Cari ilin I rübündə hasilat 0,7 milyon barel, II rübdə 0,67 milyon barel, III rübdə 0,65 milyon barel təşkil edib, IV rübdə 0,65 milyon barel (noyabr proqnozu - 0,66 milyon barel) həcmində proqnozlaşdırılır.
Proqnozlara görə, 2023-cü ildə Azərbaycanda gündəlik 0,64 milyon barel (noyabr proqnozu - 0,64 milyon barel) maye karbohidrogen hasil olunacaq. Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,65 milyon barel, II rübdə 0,63 milyon barel (noyabr proqnozu - 0,64 milyon barel), III rübdə 0,63 milyon barel, IV rübdə 0,64 milyon barel səviyyəsində olacaq.
İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik 0,72 milyon barel maye karbohidrogen hasil edilib.*
N.Abbasova