Moskva Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün Rusiya ərazisində keçirilməsi üçün lazımi yardımı göstərməyə hazırdır. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Azərbaycan və Ermənistan liderləri arasında görüşün ilin sonuna qədər Rusiyada keçirilməsinin mümkün olub-olmaması ilə bağlı suala Peskov belə cavab verib: “Rusiya təbii ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq”.
O, həmçinin Əliyev və Paşinyanın görüşünün Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi Yeni il ərəfəsi qeyri-formal görüşü çərçivəsində baş tuta biləcəyini istisna etməyib.
“Əgər anlaşma olsa, bu barədə məlumat verəcəyik”, - deyə mətbuat katibi əlavə edib.*