Azərbaycan tərəfi yataqların qanunsuz istismarının monitorinqi ilə bağlı Yol Xəritəsinə dair təklifləri Qarabağdakı Rusiya sülhməramlılarına təqdim edib. Bu barədə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov məlumat verib.
“Bu gün Rusiya sülhməramlılarının qərargahında “Dəmirli” və “Qızılbulaq” yataqlarının qanunsuz istismarının monitorinqi və nəticədə ətraf mühitə dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı hazırladığımız Yol Xəritəsinə dair təkliflərimizi verdik. Ümid edirik ki, sabahdan işlərimizi davm etdirəcəyik”, - deyə o, bu gün Şuşada jurnalistlərə bildirib.*
R.Əhmədov