“Formula 1” 2023-cü ildə Azərbaycan Qran Prisində ilk dəfə sprint yarışının keçiriləcəyini təsdiqləyib.
“2023-cü ildə 6 ölkədə: Azərbaycan, Avstriya, Belçika, Qətər, ABŞ (Ostin) və Braziliyada sprint yarışlarının baş tutacağı təsdiqlənib”, - deyə “Formula 1”in “Twitter” hesabında bildirilib.
F1 sprint yarışları 2021-ci ildən keçirilir.
Sprint şənbə günü keçirilən mini yarışdır.
Azərbaycan Qran-prisi 2023-cü ilin aprel ayında keçiriləcək.*
A.Əzizov