Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçuk dekabrın 6-da Moskvada baş tutmuş görüşdə bölgədə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı konkret nəticələr əldə etmədilər. Bunu Ermənistanın baş nazir Nikol Paşinyan deyib.
“Təəssüf ki, konkret nəticələr yoxdur. Lakin Ermənistan bu proqramın həyata keçirilməsində maraqlıdır və dəmir yolunun bərpasına istənilən vaxt başlamağa hazırdır”, - deyə bu gün parlamentdə çıxışı zamanı bildirib.
Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri üçtərəfli işçi qrupunun 11-ci iclasında üç ölkə arasında və regionda dəmir yolunun tikintisi, dəmir yolu əlaqəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələləri müzakirə ediblər.*