Dekabrın 7-də Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclasında bir sıra məsələlər nəzərdən keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, AİH-in idarəetməsinə verilmiş portfel şirkətlərinin 2022-ci ilin birinci yarımilliyi üzrə fəaliyyət hesabatı müzakirə olunub.
Bundan başqa, portfel şirkətlərinin korporativ idarəetmə standartları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hüquqi-korporativ strukturunun təkmilləşdirilməsi və istiqraz buraxılışı, “Azərbaycan Hava Yolları” QSC-yə aid xüsusi əhəmiyyətli əqdin bağlanması və digər cari məsələlər müzakirə olunub.
“İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub”, - deyə məlumatda bildirilir.*
R.Əhmədov