Azərbaycanda koronavirus infeksiyasına 67 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 641-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 62 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 1 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9 min 984 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 353 nəfər (sutka ərzində +55) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 304 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 136 (ötən gün 2662 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 388 min 051 test aparılıb.*
R.Əhmədov