Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 8-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7849 manat/1EUR səviyyəsində (dekabrın 7-nə 1.7793 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0270 manat/1RUB səviyyəsində (dekabrın 7-nə 0.0267 manat/1RUB) müəyyən edib.
Dekabrın 8-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0912 manat/1TRY səviyyəsində saxlanılıb.*
B.Rüstəmbəyov