2022-ci ilin yanvar-noyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 7,3% çox olmaqla 4 milyard 526 milyon manat vəsait yönəldilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, pensiya islahatlarında yeni mərhələ kimi, bu ilin əvvəlindən minimum aylıq pensiya artırılıb, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib.
Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilməsinə başlanıb. Həmin artımlar üçün illik 440 milyon manat əlavə vəsait ayrılıb.
“Pensiyaların artırılması istiqamətində növbəti addımlar kimi, qeyd olunan maddi yardımlar gələn ilin əvvəlindən pensiyaların tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq”, - deyə məlumatda bildirilib.*
B.Rüstəmbəyov