Türkiyənin Ankara şəhərində 14-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan nümayəndə heyətinə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev başçılıq edir.
“H.Piriyev Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Baş Qərargahın ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb. Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.*
N.Abbasova