Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Bestcomp Group” QSC ilə kompüter və noutbukların satın alınması haqqında müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, müqavilənin dəyəri 39 milyon 412 min 430,7 manatdır.
İdarə, həmçinin “Simplex” QSC ilə maşın və avadanlıqların alınması haqqında 6 milyon 784 min 911,31 manat məbləğində müqavilə bağlayıb.*
R.Əhmədov