2023-cü il yanvar ayının 24-də “Finex Kredit” BOKT ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 2022-ci ilin yekunlarının müzakirəsi; 2022-ci ilin maliyyə yekunlarının müstəqil auditor tərəfindən aparılmış auditinin nəticələrinin təsdiqi”, - deyə BOKT-un məlumatında qeyd olunur.
Yığıncaqda, həmçinin 2023-cü il üzrə şirkətin inkişaf perspektivləri və digər məsələlərin müzakirəsi də planlaşdırılır.
“FinEx Kredit” BOKT 2013-cü ildə qeydiyyata alınıb və həmin ilin oktyabr ayından fəaliyyətə başlayıb. Cəmiyyətin nizamnamə kapitalı 800 min manat, səhmdarları 11 fiziki şəxsdir.*
R.Əhmədov