Azərbaycan yaxın günlərdə Yaponiya ilə turizm sahəsində əməkdaşlığa dair memorandum imzalamağı planlaşdırır. Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.
“İkitərəfli turizm əlaqələrimizin inkişafı üçün müxtəlif ölkələrlə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə sazişlər, müqavilələr, anlaşma memorandumları bağlayırıq. Yaxın günlərdə Yaponiya ilə turizm sahəsində Anlaşma Memorandumunun imzalanması planlaşdırılır”, - deyə o, bu gün “Azərbaycan Turizm Sammiti”ndə çıxışı zamanı bildirib.
“Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığımız genişlənir. Bu yaxınlarda ölkəmizin 2023-2027-ci illərdə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasında təmsil olunması üçün namizədliyini vermişik”, - deyə Nağıyev əlavə edib.*
X.Nəsirzadə