2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri $802,4 milyon təşkil edib ki, bu da 2021-ci ilin 11 ayının göstəricisindən 13,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Aqrar məhsulların payı $636,8 milyon (+8,9%), aqrar sənaye məhsullarının payı $165,6 milyon (+33,5%) təşkil edib.
İxrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-ni təşkil edib.
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracı $2 milyard 668,09 milyon təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 14% çoxdur.
2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi $2,7 milyard təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi $5 milyarda qədər artacaq.*
B.Rüstəmbəyov